2026-cı il dünya çempionatının açılış oyununda xoşagəlməz hadisə yaşanıb.
Sportnet.az xəbər verir ki, Meksikanın paytaxtında yerləşən məşhur "Asteka" stadionunun yaxınlığında bir azarkeşin vəziyyəti qəfil pisləşib.
40 yaşlı futbolsevər stadiona daxil olduqdan sonra ürək tutması keçirib. Hadisə yerində olan həkimlər ona təcili ürək-ağciyər reanimasiyası tətbiq ediblər. Tibbi müdaxilədən sonra özünə gələn azarkeş xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, dünya çempionatının açılış matçında ev sahibi Meksika millisi Cənubi Afrika Respublikası ilə üz-üzə gəlir. İlk yarıdan sonra Meksika öndədir - 1:0.
Una mujer se desvanece en el Centro Histórico entre la multitud que espera entrar al Zócalo capitalino para ver el partido inaugural en el Fan Fest
— Milenio (@Milenio) June 11, 2026
Video: Olga Hirata / Grupo Multimedios pic.twitter.com/PU0CvY0QFs




















































































