2026-cı il dünya çempionatının A qrupunda II turun son oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, turnirin ev sahiblərindən olan Meksika millisi Cənubi Koreya ilə üz-üzə gəlib.
Sapopandakı "Akron" stadionunda baş tutan qarşılaşmada yerli komandanın minimal hesablı qələbə qazanıblar – 1:0.
Matçın taleyini həll edən yeganə qolu 50-ci dəqiqədə Luis Romo vurub. Cənubi Koreya yığmasının qapıçısının kobud səhvindən yararlanan müdafiəçi komandasına üç xal qazandırıb.
Meksika ilk turda Cənubi Afrika Respublikasını 2:0 hesabı ilə məğlub etmişdi. Cənubi Koreya isə Çexiya üzərində 2:1 hesablı qələbə qazanmışdı.
Beləliklə, iki oyundan sonra 6 xal toplayan Meksika millisi A qrupunda birinci yeri təmin edərək pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. Cənubi Koreya isə 3 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, dünya çempionatının qrup mərhələsi iyunun 27-dək davam edəcək. Hər qrupdan ilk iki yeri tutan komandalarla yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz yığma da pley-off mərhələsinə yüksələcək.






















































































