ABŞ millisinin hücumçusu Folarin Baloqun 2026-cı il dünya çempionatının 1/8 finalında Belçikaya qarşı oyunda komandasına kömək edə biləcək.
Sportnet.az xəbər verir ki, buna səbəb Beynəlxalq Futbol Federasiyasının (FİFA) futbolçuya verilən bir oyunluq cəzanın icrasını şərti olaraq dayandırmasıdır.
24 yaşlı forvard dünya çempionatının 1/16 finalında Bosniya və Herseqovina ilə keçirilən və ABŞ-ın 2:0 hesablı qələbəsi ilə başa çatan matçın 64-cü dəqiqəsində rəqibin daban nahiyəsindən basdığı üçün birbaşa qırmızı vərəqə almışdı.
FİFA-nın yaydığı bəyanatda bildirilib ki, İntizam Məcəlləsinin 27-ci maddəsinə əsasən, Baloqunun bir oyunluq diskvalifikasiyasının icrası bir il sınaq müddəti ilə dayandırılıb.
ABŞ prezidenti Donald Tramp isə "Truth Social" səhifəsindəki paylaşımında yazıb: "Düzgün hərəkət etdiyi və böyük ədalətsizliyi bərpa etdiyi üçün FIFA-ya təşəkkürümü bildirirəm".
Qeyd olunub ki, futbolçu bu müddət ərzində oxşar xarakterli və eyni dərəcədə ciddi yeni intizam pozuntusuna yol verərsə, şərti qərar ləğv ediləcək və bir oyunluq cəza qüvvəyə minəcək. Bundan əlavə, yeni pozuntuya görə ayrıca intizam tədbiri də tətbiq olunacaq.
ABŞ - Belçika görüşü iyulun 6-dan 7-nə keçən gecə keçiriləcək.









































































