"Qrarabağ"ın futbolçusu Kamilo Duranın "İndependiente Medellin"dəki baş məşqçisi olmuş Sebastian Botero oyunçunun “Seltik”ə keçidini dəyərləndirib
Sportnet.az xəbər verir ki, o, hücumçunun karyerasında növbəti addımı atmağa hazır olduğunu bildirib.
Kolumbiyalı mütəxəssisin sözlərinə görə, 24 yaşlı forvard çətinliklər qarşısında geri çəkilməyən xarakterə malikdir və təzyiq altında daha yaxşı çıxış edir. O, Duranın ilk vaxtlar yarımmüdafiəçi kimi oynadığını, lakin sonradan hücum xəttinə keçirildiyini və burada özünü daha yaxşı göstərdiyini vurğulayıb.
Botero futbolçunun çətin şəraitdə böyüdüyünü, lakin futbola başladıqdan sonra həyatının dəyişdiyini qeyd edib. O, Duranın istedadı ilə yanaşı, xarakterinin də uğur qazanmasında mühüm rol oynadığını söyləyib.
Mütəxəssis futbolçunun vaxtilə Braziliyanın “Flamenqo” klubunda icarə əsasında çıxış etdiyini, lakin zədə səbəbindən transferinin baş tutmadığını xatırladıb. Buna baxmayaraq, Duranın çətinlikləri geridə qoyaraq Portuqaliyada və daha sonra “Qarabağ”da uğurlu çıxış etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Şotlandiyanın “Seltik” klubunun Kamilo Duranla maraqlandığı və tərəflər arasında danışıqların davam etdiyi bildirilir. “Qarabağ”ın futbolçu üçün təxminən 3 milyon funt sterlinq tələb etdiyi vurğulanır.










































































