Çinin Pekin şəhərində bədii gimnastika üzrə dünya çempionatı keçirilib.
Sportnet.az xəbər verir ki, yarışda Azərbaycanı qrup hərəkətləri komandası — İlona Zeynalova, Zəhra Cəfərova, Şəms Müvəffəqi, İlahə Bahadirova, Alina Məmmədova və Sofiya Məmmədova, eləcə də fərdi proqramda Fidan Qurbanlı və Kamilla Seyidzadə təmsil ediblər.
5 topla proqramda çıxış edən qrup hərəkətləri komandası 22.550 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıb. Finalda isə gimnastlar 22.600 xal nəticə göstərərək yarışı 6-cı pillədə başa vurublar.
Fərdi proqramda çıxış edən Kamilla Seyidzadə gürzlərlə final mərhələsinə yüksəlib. O, finalda 8-ci pillədə qərarlaşıb.










































































