Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının 1/16 finalında Kabo-Verde yığmasına vurduğu qolla mundial tarixində daha iki unikal rekorda sahib çıxıb.
Sportnet.az xəbər verir ki, 39 yaşlı hücumçu görüşün 29-cu dəqiqəsində hesabı açaraq dünya çempionatları tarixində iki müxtəlif turnirdə yeddi qol vuran ilk futbolçu olub.
Bununla yanaşı, Messi dünya çempionatının bütün mərhələlərində fərqlənən ilk oyunçu kimi də tarixə düşüb. O, mundiallarda qrup mərhələsinin hər üç turunda, həmçinin 1/16 final, 1/8 final, 1/4 final, yarımfinal və final qarşılaşmalarında qol vurmağı bacarıb.
Hazırda davam edən qarşılaşmada ikinci hissə də 1:1 hesablı heç-heçə ilə başa çatıb və əlavə vaxt oynanılacaq.
Qeyd edək ki, Lionel Messi Argentina millisinidəki karyerası ərzində 124 qol vurub və 64 məhsuldar ötürmə edib.








































































