Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Türkiyənin "Vanspor" klubu 27 yaşlı yarımmüdafiəçini heyətinə qatdığını açıqlayıb.
Oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Ozan Can Kökçü son olaraq Niderlandda "Volendam"ın formasını geyinib. "Vanspor" Türkiyə 1-ci Liqasında mübarizə aparır.















































































