Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin aparıcı üzvü Marqarita Stepanenkonun yeni komandası bəlli olub.
Sportnet.az xəbər verir ki, təcrübəli hücumçu yeni mövsümdə Yüksək Liqada debüt edəcək Naxçıvanın “Möminə Xatun” kollektivinə keçib.
Onunla 1 illik müqavilə imzalanıb.









































































