Gürcüstan 2029-cu ildə keçiriləcək böyüklər arasında cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Sportnet.az xəbər verir ki, bununla bağlı rəsmi müqavilə Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərargahında imzalanıb.
Sənədə Gürcüstanın idman naziri Şalva Qoqoladze və IJF prezidenti Marius Vizer imza atıblar.
Qeyd edək ki, Gürcüstanın 2029-cu il dünya çempionatına ev sahibliyi edəcəyi barədə qərar hələ bu ilin martında Tbilisidə keçirilən Qran-pri turniri zamanı açıqlanmışdı. Apreldə isə qonşu ölkə Avropa çempionatına ev sahibliyi etmişdi. Yarış zamanı Azərbaycan cüdoçularının gürcülərlə qarşılaşmalarında hakimlərin rəqiblərin lehinə birtərəfli qərarları geniş müzakirə olunmuşdu.



















































































