Bu gecə 2026-cı il dünya çempionatının 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, gecənin ilk matçında 5 qat dünya çempionu Braziliya Norveçi sınağa çəkəcək.
Digər qarşılaşma təşkilatçı ölkələrdən olan Meksikanın millisi ilə İngiltərə arasında gerçəkləşəcək.
Bu oyunların qalibləri 1/4 finalda bir-birilərinə rəqib olacaqlar.
DÇ-2026
1/8 final
5 iyul
00:00. Braziliya - Norveç
Baş hakim: İsmail Elfat (ABŞ)
İst Raterford, Nyu York (ABŞ), "Metlayf" stadionu
04:00. Meksika - İngiltərə
Baş hakim: Alireza Faqani (Avstraliya)
Mexiko (Meksika), "Asteka" stadionu
Qeyd edək ki, daha əvvəl Fransa və Mərakeş yığmaları 1/4 finala yüksələrək, bir-birilərinə rəqib olublar.









































































