“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov dünya çempionatındakı favoritini açıqlayıb.
Sportnet.az xəbər verir ki, 43 yaşlı mütəxəssis AZƏRTAC-a açıqlamasında Braziliya millisini çempionluğa əsas namizəd hesab etdiyini bildirib.
Rəşad Sadıqov mundialda Argentina yığmasına azarkeşlik edəcəyini də qeyd edib. Bununla yanaşı, o, Azərbaycanın yaxın münasibətlərə malik olduğu Türkiyə və Özbəkistan milli komandalarının da uğurlu çıxışını arzuladığını vurğulayıb.
Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq.


















































































