İtaliyanın “İnter” komandasında ayrılıq yaşanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan təmsilçisi qapıçısı Yann Sommer ilə vidalaşıb.
37 yaşlı isveçrəli qolkiper ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Yann Zommer 2023-cü ildən "İnter"də çıxış edirdi. O, bu müddət ərzində 4 kubok qazanıb.











































































