Autizmli uşaqlar cüdo üzrə Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər.
Bu barədə Sportnet.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Uşaqlar cüdoçularla yaxından ünsiyyət qurub, cüdoqi geyinərək bu idman növü ilə tanış olublar. Milli komandanın üzvləri onlara kəmərin düzgün bağlanma qaydasını öyrədib, tatamidə xoş və yaddaqalan anlar yaşadıblar.
Görüşün əsas məqsədi autizmli uşaqların cəmiyyətə inteqrasiyasına və sosiallaşmasına dəstək göstərmək, idmanın birləşdirici gücünü onlara hiss etdirmək olub.











































































