Almaniya millisi 1976-cı ildən bəri ilk dəfə penaltilər seriyasında məğlub olub.
Sportnet.az-ın məlumatına görə, bu, 2026-cı il dünya çempionatının 1/16 finalında Paraqvaya qarşı keçirilən oyunda baş verib.
ABŞ-da təşkil olunan qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə Paraqvay daha dəqiq oynayaraq 4:3 hesablı qələbə qazanıb və Almaniyanı mundialdan kənarlaşdırıb.
Beləliklə, Bundestim 50 ildən sonra ilk dəfə penaltilər seriyasında məğlubiyyətlə üzləşib. Bu komanda daha əvvəl penaltilər seriyasında Avropa çempionatlarında iki, dünya çempionatlarında isə dörd dəfə qalib gəlmişdi.
Qeyd edək ki, Almaniya mundialın qrup mərhələsini E qrupunun lideri kimi 6 xalla başa vurub. Paraqvay isə D qrupunda 4 xalla üçüncü yeri tutaraq pley-off mərhələsinə yüksəlib. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-dək davam edəcək.













































































