Bu gün dünyanın ən nüfuzlu tennis yarışlarından biri olan “Uimbldon” turnirinə start verilib.
Sportnet.az xəbər verir ki, turnir İngiltərənin paytaxtı Londonda iyulun 12-dək davam edəcək.
İki həftə ərzində dünyanın ən güclü tennisçiləri kişilər və qadınlar arasında tək və cüt, həmçinin qarışıq cütlüklər üzrə çempionluq uğrunda mübarizə aparacaqlar.
1877-ci ildən keçirilən “Uimbldon” dünyanın ən qədim tennis turniridir və dörd “Böyük Dəbilqə” (Grand Slam) yarışından biri hesab olunur. Turnir otörtüklü kortlarda keçirilməsi və uzun illərdir qoruduğu ənənələri ilə seçilir.
Bu il də turnirdə dünyanın aparıcı tennisçiləri yarışırlar.












































































