Braziliya millisinin müdafiəçisi Uesli Misirlə keçirilən yoldaşlıq oyununda zədələnib.
Sportnet.az xəbər verir ki, 22 yaşlı futbolçu oyuna start heyətində başlayıb.
Lakin o, aldığı zədə səbəbindən matçın 17-ci dəqiqəsində meydanı tərk etməli olub.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti futbolçunun durumuna aydınlıq gətirmək üçün tibbi müayinənin nəticələrini gözlədiklərini bildirib: “Ueslini itirmək üzücüdür. İndi müayinənin nəticələrini gözləməliyik. Onun dünya çempionatında oynaya bilməyəcəyi halda əvəzləyəcək yaxşı futbolçularımız var".
Qarşılaşma Braziliya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Braziliya millisi 2026-cı il dünya çempionatında C qrupunda mübarizə aparacaq. Beşqat dünya çempionunun rəqibləri Mərakeş, Haiti və Şotlandiya yığmaları olacaq.













































































