Futbol üzrə dünya çempionatında Portuqaliya Özbəkistana qalib gəlib.
Sportnet.az xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar 5:0 hesabı ilə qələbəyə seviniblər.
Kriştianu Ronaldu bu görüşdə dublla yadda qalıb - 6, 39. Digər qollar isə Nunu Mendeş (17), Abdukodir Xusanov (60-avtoqol) və Rafael Leaodan (87) gəlib.
İkinci məğlubiyyətini alan Özbəkistan millisi qrupda qalıb
23 iyun
K qrupu
Portuqaliya – Özbəkistan - 5:0
Qollar: Kriştianu Ronaldu, 6, Nuno Mendeş, 17, Kriştianu Ronaldu, 39, Rafael Leo, 87, Abduvohid Nematov, 60-avtoqol,
Baş hakim: Cəlal Cayed (Mərakeş)
Hyuston (ABŞ), NRG stadionu











































































