Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində Azərbaycan millisinin növbəti uğuruna Murad Fətiyev imza atıb.
Sportnet.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edərək bürünc medala sahib çıxıb.
Bununla da Azərbaycan millisi Sindao Qran-Prisini 1 qızıl və 3 bürünc medalla başa vurub. Yarışın əvvəlki günlərində Zelim Tçkayev (-81 kq) qızıl, Əhməd Yusifov (-60 kq) və Hidayət Heydərov (-81 kq) isə bürünc medal qazanıblar.
57 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan yığması ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 3-cü yeri tutub.













































































