“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsini keçmək üçün sabah Sloveniyaya yola düşəcək.
Sportnet.az xəbər verir ki, baş məşqçi Yuri Vernidub toplanışa aşağıdakı futbolçuları aparacaq:
Qapıçılar: Emil Balayev, Rza Cəfərov, Nurəziz Əzizov, Məhdi Həsənov, Kenan Piriç.
Müdafiəçilər: Rüfət Abbasov, Elvin Bədəlov, Murad Xaçayev, Endryu Qravilyon, Məhəmməd Məmmədli, İqor Ribeyro, Falaye Sako, Mustafa Sek, Aslan Şirinov.
Yarımmüdafiəçilər: Elvin Camalov, Sessi D’Almeyda, Qustavo Klisman, Emin Mahmudov, İfeanyi Metyu, Emil Səfərov, Andrey Ştoqrin.
Hücumçular: Breno Almeyda, İmad Faraj, Alessio Kurçi, Ağadadaş Salyanski, Bassala Sambu, Lyubomir Tupta.
Qeyd edək ki, Sloveniya toplanışı iyulun 14-dək Moravske Toplitse şəhərində təşkil olunacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq “ağ-qaralar” orada 4 yoxlama görüşü keçirəcək.











































































