2026-cı il dünya çempionatının K qrupunda da mübarizəyə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Kolumbiya Portuqaliya ilə, Konqo Demokratik Respublikası (DR) millisi isə Özbəkistanla üz-üzə gəlib.
ABŞ-ın Mayami şəhərindəki "Hard Rok" stadionunda təşkil olunmuş görüş qolsuz yekunlaşıb. Kriştianu Ronaldu bu matçda 76 dəqiqə meydançada olsa da, Portuqaliya yığması qələbəyə nail ola bilməyib.
Konqo DR isə Atlantadakı "Mersedes Bens" stadionunun 10-cu dəqiqəsində Eldor Şomurodovun qolu ilə hesabda geri düşsə də, ikinci hissədə 3 qol vuraraq, inamlı qələbə qazanıb - 3:1. 68-ci dəqiqədə Yoan Vissa penaltini dəqiq yerinə yetirib. Bundan 10 dəqiqə sonra Fiston Mayele fərqlənib. 90+1-ci dəqiqədə isə Vissa özünün ikinci, komandasının üçüncü qolunu vurub.
Beləliklə, Kolumbiya 7 xalla qrup lideri olub. Portuqaliya 5 xalla 2-ci, Konqo DR isə 4 xalla 3-cü yeri tutub. Hər üç komanda 1/16 finala yüksəlib. Xal qazana bilməyən Özbəkistan isə sonuncu olub və mübarizəni dayandırıb.












































































