3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda ilk qrup oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, kollektiv ilk qrup oyununda Madaqaskar seçməsi ilə qarşılaşıb və rəqibinə 21:13 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, millinin qrupda növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 22:20-də qrupun və turnirin əsas favoritlərindən sayılan Niderland millisinə qarşı olacaq.




































































