Azərbaycanın çimərlik voleybolu üzrə milli komandası Baltikyanı ölkələrin açıq çempionatında bürünc medal qazanıb
Azərbaycan Voleybol Federasiyasından Sportnet.az-a verilən məlumata görə, Latviyanın paytaxtı Riqada keçirilən 20 yaşadək yığmalar arasında yarışda Azərbaycan həm qız, həm də oğlan komandaları ilə təmsil olunub.
Oğlanların mübarizəsində İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütü 34 komanda arasında üçüncü yeri tutaraq bürünc medal qazanıb. Təmsilçilərimiz üçüncü yer uğrunda oyunda Latviya yığması ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub ediblər.
Qızların yarışında isə 27 komanda arasında mübarizə aparan Səbinə Əlizadə/Leyla Əliyeva cütü turniri 12-ci pillədə başa vurub.







































































