İngiltərənin “Everton” klubu yay transfer dövründə “Mançester Siti”nin futbolçusu Cek Qrilişi heyətinə qatmağa çalışır.
Sportnet.az xarici KİV-ə istinadla xəbər verir ki, Mersisayd təmsilçisi 30 yaşlı cinah oyunçusunun transferi üçün 5-10 milyon funt sterlinq (5,9-11,7 milyon avro) arasında vəsait ödəməyə hazırdır. Bununla belə, “Mançester Siti” futbolçunun satışından təxminən 50 milyon funt sterlinq (58,7 milyon avro) gəlir əldə etməyi planlaşdırır.
Məlumata görə, tərəflər transfer məbləği ilə bağlı razılığa gələ bilməsələr, “Everton” futbolçunu yenidən icarə əsasında heyətinə cəlb etməyə çalışacaq.
Cek Qrilişin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək qüvvədədir. O, karyerası ərzində “Aston Villa” və “Nots Kaunti” klublarında da çıxış edib.








































































