Futbol üzrə dünya çempionatında Türkiyə ABŞ ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" 3:2 hesablı qələbəyə seviniblər.
Avropa təmsilçisinin heyətində Arda Gülər (10), Barış Alper Yılmaz (31) və Kaan Ayhan (90+8) diqqət mərkəzinə düşüblər. Amerikalıların qollarını isə Oston Trasti (3) və Sebastyan Berhalter (49) vurublar.
Qeyd edək ki, ABŞ 6 xalla qrupu birinci sırada başa vurub. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina seçməsi ilə qarşılaşacaq. Türkiyə isə ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.
San-Fransisko stadionunda keçirilən D qrupunun digər görüşündə Avstraliya Paraqvayla qolsuz heç-heçə edib - 0:0.
Bu nəticənin ardından Avstraliya pley-off mərhələsinə vəsiqə qazanıb. Paraqvay yığmasının növbəti mərhələ şansı isə digər qrupların görüşlərindən asılı olacaq.
D qrupu
06:00. Türkiyə – ABŞ - 3:2
Qollar: Trusti, 3, Arda Güler, 10 (1:1), Barış Alper Yılmaz, 31, Kaan Ayhan, 90+8 - Trusti 3, Beralter, 49
Baş hakim: Mustafa Qorbal (Əlcəzair)












































































