Bu gecə ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi futbol üzrə dünya çempionatında III turun daha 6 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, qarşılaşmalar D, E və F qruplarını əhatə edəcək.
D qrupunda növbəti mərhələ şansını itirmiş Türkiyə millisi artıq bu hüququ təmin etmiş ABŞ-la üz-üzə gələcək. Qrupun digər matçı Paraqvay və Avstraliya arasında olacaq.
E qrupunda 1/16 finala vəsiqəni ötən tur qazanmış Almaniya Ekvadorla qarşılaşacaq. Kot d`İvuar isə debütant Kürasaonu sınağa çəkəcək.
Nəhayət, F qrupunun liderlərindən Niderland Tunislə, Yaponiya isə İsveçlə görüşəcək.
DÇ-2026
III tur
25 iyun
E qrupu
23:00. Kürasao - Kot d`İvuar
Baş hakim: Qlenn Nüberq (İsveç)
Filadelfiya (ABŞ), "Linkoln Faynenşeld Fild" stadionu
23:00. Ekvador - Almaniya
Baş hakim: Tori Penso (ABŞ)
İst Raterford (ABŞ), "Metlayf" stadionu
Xal durumu: Almaniya - 6, Kot d`İvuar - 3, Ekvador - 1, Kürasao - 1
26 iyun
F qrupu
02:00. Yaponiya - İsveç
Baş hakim: İvan Barton (Salvador)
Dallas (ABŞ), AT&T stadionu
02:00. Tunis - Niderland
Baş hakim: Katya İtsel Qarsiya (Meksika)
Kanzas Siti (ABŞ), "Errouhed" stadionu
Xal durumu: Niderland - 4, Yaponiya - 4, İsveç - 3, Tunis - 0
D qrupu
05:00. Türkiyə - ABŞ
Baş hakim: Mustafa Qorbal (Əlcəzair)
Los Anceles (ABŞ), "Sou Fay" stadionu
05:00. Paraqvay - Avstraliya
Baş hakim: Kleman Türpen (Fransa)
Santa Klara (ABŞ), "Livays" stadionu
Xal durumu: ABŞ - 6, Avstraliya - 3, Paraqvay - 3, Türkiyə - 0
Qeyd edək ki, indiyədək 13 ölkə millisi 1/16 finala vəsiqəni təmin edib. Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.











































































