İordaniyanın paytaxtı Əmmanda futbol üzrə dünya çempionatının oyununu izləyən azarkeşlər arasında yaranan izdiham faciə ilə nəticələnib.
Sportnet.az xəbər verir ki, İordaniya və Əlcəzair milliləri arasında keçirilən qarşılaşmanın ictimai nümayişi zamanı baş verən sıxlıq nəticəsində 1 nəfər həyatını itirib, 8 nəfər xəsarət alıb.
Hadisə Əmmanın mərkəzində yerləşən Əl-Haşimiyyə meydanında qeydə alınıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin aldığı xəsarətlər səbəbindən vəfat etdiyi bildirilib.
İordaniyanın İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Amir əs-Sərtavi faktla bağlı araşdırmalara başlanıldığını açıqlayıb.











































































