UFC-nin Şöhrət Zalının üzvü, təşkilatın sabiq orta çəki çempionu Maykl Bispinq bu gün Milli Gimnastika Arenasında keçiriləcək UFC turnirinin rəsmi şərhçilərindən biri olacaq.
Sportnet.az xəbər verir ki, Bispinqlə yanaşı, turniri tanınmış UFC şərhçiləri Pol Felder və Con Quden də izləyicilər üçün şərh edəcəklər.
Gecəyə xüsusi rəng qatacaq daha bir məşhur sima isə UFC-nin əfsanəvi oktaqon anonsçusu Brüs Bafferdir. O, turnirdə rəsmi anonsçu kimi çıxış edəcək.
. Gecənin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziev yüngül çəkidə Manuel Torreslə üz-üzə gələcək.
Turnir çərçivəsində ümumilikdə 13 maraqlı döyüş keçiriləcək.













































































