2026-cı il dünya çempionatının Fransa – İraq matçında ikinci hissənin başlanması ildırım təhlükəsi səbəbindən təxirə salınıb.
Sportnet.az-ın FIFA-ya istinadən məlumatına görə, ABŞ-ın Filadelfiya şəhərində keçirilən qarşılaşmada “narıncı təhlükə səviyyəsi” elan olunub.
Bu səbəbdən ABŞ ştat qaydalarına uyğun olaraq oyunun davamı dayandırılıb.
İkinci hissənin başlanması Bakı vaxtı ilə saat 03:00-a qədər təxirə salınıb. Planlaşdırılır ki, futbolçular saat 02:30-da meydançaya qayıdaraq isinmə hərəkətləri edəcəklər.
Qeyd edək ki, ilk yarıdan sonra Fransa hesabda öndədir - 1:0.
----------------------------
ABŞ-də keçirilən 2026-cı il dünya çempionatının qrup mərhələsinin II turunda Fransa və İraq milli komandaları arasında oyunun ikinci hissəsinin başlanması gecikdirilib.
Sportnet.az xəbər verir ki, qarşılaşma Filadelfiyada, “Lincoln Financial Field” stadionunda oynanılır.
Birinci hissənin sonlarında güclü yağış başlayıb, daha sonra isə ildırım təhlükəsi elan edilib. ABŞ ştat qaydalarına əsasən, təhlükəsizlik səbəbindən futbolçuların meydançaya qayıtmasına icazə verilməyib. Bu səbəbdən ikinci hissənin startı 15 dəqiqə təxirə salınıb.
Oyunda hesabı 14-cü dəqiqədə Fransa millisinin kapitanı Kilian Mbappe açıb. O, Maykl Olisenin ötürməsindən sonra cərimə meydançasından kənardan sol ayaqla dəqiq zərbə endirərək topu qapının sol küncünə göndərib.
Hazırda hava şəraiti səbəbindən matçın davamı ilə bağlı qərar gözlənilir.









































































