Milli Olimpiya Komitəsində (MOK) "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı" keçirilib.
Sportnet.az xəbər verir ki tədbirdə 24 federasiyanın nümayəndələri iştirak edib.
Mərasimdə proqramın yerli federasiyalarda tətbiqi mexanizmləri, risklərin qiymətləndirilməsi və idarə olunması üzrə praktiki metodlar, hesabatlılıq və müdafiə tədbirləri barədə danışılıb.
Sonda proqram iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı"na iyunun 4-də start verilib.













































































