“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, komanda gürcüstanlı hücumçu Tornike Akhvledianini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Tornike son olaraq Gürcüstanın “İberiya 1999” komandasında çıxış edib.









































































