"İmişli" komandası 2026/2027 mövsümündə ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək.
Sportnet.az-ın məlumatına görə, by barədə klubun icraçı direktoru Aqşin Mürsəlov açıqlama verib.
O bildirib ki, ötən mövsüm Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyü sarıdan problemlər yaşayıblar. Mürsəlob problemin özlərindən asılı olmadığını vurğulayıb.
Klub rəsmisi Heydər Əliyev adına İmişli şəhər stadionunun Həmkarlar İttifaqı təşkilatına, binasının isə MKT şirkətinə məxsus olduğunu açıqlayıb: "Bizim MKT ilə problemimiz yoxdur, istədikləri məbləğlə dı razıyq. Amma Həmkarlar İttifaqı ilə aralarında bizə bəlli olmayan problemləri var. Buna görə də məsələ həll olunmamış qalır. Gənclər və İdman Nazirliyinin, AFFA-ya və FİF-ə də müraciət etmişik. Belə davam edə bilməz. Ümid edirəm ki, məsələ yaxın vaxtlarda həllini tapacaq".
Hazır stadion tikmək üçün yerlər axtardıqlarını deyən klub rəsmisi gözləmək fikrində olmadıqlarını diqqətə çatdırıb: "Əvvəllər planımız bir neçə stadionluq baza tikmək idi. Undi isə 5-10 min nəfərlik meydança tikməkdir".










































































