Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventrinin Bakıya gəlişi təxirə düşüb.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin vitse- prezidenti Çingiz Hüseynzadə məlumat verib.
O bildirib ki, qurum rəsmisinin "SportAccord" tədbirinə görə paytaxtımıza gələcəyi planlaşdırılsa da, Yaxın Şərqdə baş verən hadisələrə görə konvensiya təxirə salınıb və səfər reallaşmayıb: "Amma bu ay Macarıstanın Budapeşt şəhərində Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclası olacaq.Kirsti Koventri ilə orada görüşüb, müzakirələr aparacağıq".














































































