Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella istefa verməyəcək.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis dünya çempionatındakı uğursuzluğa baxmayaraq, postunda qalacaq.
Lakin məşqçilər korpusunda müəyyən dəyişikliklər olacaq.
Türkiyə millisi dünya çempionatında qrup mərhələsini 3 xalla sonuncu - dördüncü yerdə tamamlayıb.










































































