Bakıda keçirilən ənənəvi “Red Bull Yağlı Dirək” yarışı bu il yenidən iştirakçıları bir araya gətirəcək.
Sportnet.az xəbər verir ki, təşkilatçıların məlumatına görə, tədbir iyunun 28-də Pirallahı qəsəbəsində yerləşən Nərəkənd Parkında baş tutacaq.
Yarışın qaydalarına əsasən, iştirakçılar yağlanmış dirəyin sonuna qədər qalxaraq oradakı bayrağı götürməyə çalışacaqlar. Qalib gələn iştirakçı müxtəlif mükafatlarla təltif olunacaq.
Bu il yarışın qalibi “PlayStation 5” oyun konsolu qazanacaq. İkinci yerin sahibinə “Ray-Ban Meta Wayfarer” ağıllı eynəyi, üçüncü yerə layiq görülən iştirakçıya isə “G-Shock” saatı təqdim ediləcək.
Təşkilatçılar bildiriblər ki, yarış həm adrenalin, həm də əyləncə həvəskarları üçün nəzərdə tutulub. Tədbirdə iştirak etmək istəyən şəxslər üçün qeydiyyat artıq açıqdır.
Qeyd edək ki, “Red Bull Yağlı Dirək” yarışı hər il böyük maraqla qarşılanır və yüzlərlə iştirakçı ilə tamaşaçını bir araya gətirir.















































































