Qabon millisinin futbolçusu Pyer-Emerik Obameyanq karyerasını Türkiyədə davam etdirəcək.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu Superliqaya yeni vəsiqə qazanan “Çorum”la anlaşıb.
Məlumata görə, tanınmış oyunçu müqavilə bağlamaq üçün artıq İstanbuldadır.
Qeyd edək ki, Pyer-Emerik Obameyanq ötən mövsümü Fransanın “Marsel” komandasında keçirib. O, karyerası ərzində “Borussiya” ( Dortmund, Almaniya), “Arsenal”, “Çelsi” (hər ikisi İngiltərə) və “Barselona” (İspaniya) kimi tanınmış klublarda da çıxış edib.












































































