Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.















































































