Azərbaycan millisinin aparıcı voleybolçusu Polina Rəhimova milli komandada oynayan məşqçi kimi fəaliyyət göstərmək niyyətindədir.
Sportnet.az-ın məlumatına görə, təcrübəli voleybolçu bu istəyini Azərbaycan Voleybol Federasiyasına bildirib.
Rəhimova həm komandanın aparıcı oyunçularından biri kimi çıxış etməyi, həm də məşqçi funksiyasını yerinə yetirməyi planlaşdırır.
Qeyd edək ki, Polina Rəhimova uzun illərdir Azərbaycan millisinin əsas üzvlərindən biri olub və beynəlxalq arenada uğurlu çıxışları ilə seçilib.










































































