Azərbaycanın da ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatı kubokunun təqdimat mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, mərasimdə yarışın qalibinə veriləcək kubok nümayiş etdirilib. Bununla yanaşı, çempionatın rəsmi maskotu və rəsmi oyun topu da ilk dəfə ictimaiyyətə təqdim edilib.
Ağ rəngin üstünlük təşkil etdiyi top qırmızı dalğavari zolaqlarla dizayn edilib. Topun üzərində Avropa Voleybol Konfederasiyasının (CEV) loqosu, “CEV EuroVolley 2026 Women” yazısı, həmçinin turnirin ev sahibləri olan Türkiyə, Çexiya, Azərbaycan və İsveçin adları əks olunub.
Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.














































































