2026-cı il qadın voleybolçular arasında Avropa çempionatı avqustun 21-dən sentyabrın 6-dək Azərbaycan, Türkiyə, Çexiya və İsveçdə keçiriləcək.
Spornet.az xəbər verir ki, Bakıda C qrupunun oyunlarına Milli Gimnastika Arenası ev sahibliyi edəcək.
Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq.
Qrup mərhələsinin yekununda ilk dörd yeri tutacaq komandalar 1/8 final mərhələsinə vəsiqə qazanacaqlar.
Çempionatda ümumilikdə 24 milli komanda iştirak edəcək.
Qruplar:
A qrupu (İstanbul, Türkiyə): Türkiyə, Latviya, Polşa, Almaniya, Sloveniya, Macarıstan.
B qrupu (Brno, Çexiya): Çexiya, Avstriya, Serbiya, Ukrayna, Bolqarıstan, Yunanıstan.
C qrupu (Bakı, Azərbaycan): Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya, İspaniya.
D qrupu (Göteborq, İsveç): İsveç, Monteneqro, İtaliya, Fransa, Slovakiya, Xorvatiya.
Turnir çərçivəsində ümumilikdə 76 oyun keçiriləcək. Qrup mərhələsindən sonra 16 komanda pley-off mərhələsinə yüksələcək. 1/8 və 1/4 final görüşləri Türkiyənin İstanbul və Çexiyanın Brno şəhərlərində, yarımfinal və final qarşılaşmaları isə Türkiyənin İstanbul şəhərində keçiriləcək.
C qrupunun oyun təqvimi (Bakı)
21 avqust (Cümə axşamı)
15:30 – Belçika – İspaniya
19:00 – Azərbaycan – Portuqaliya
22 avqust (Cümə)
18:30 – Rumıniya – Niderland
23 avqust (Şənbə)
15:30 – Portuqaliya – Belçika
18:30 – İspaniya – Azərbaycan
24 avqust (Bazar)
15:30 – Niderland – Portuqaliya
18:30 – Azərbaycan – Rumıniya
25 avqust (Bazar ertəsi)
15:30 – Rumıniya – Belçika
18:30 – Niderland – İspaniya
26 avqust (Çərşənbə axşamı)
15:30 – İspaniya – Portuqaliya
18:30 – Belçika – Azərbaycan
27 avqust (Çərşənbə)
15:30 – Niderland – Belçika
18:30 – Portuqaliya – Rumıniya
28 avqust (Cümə axşamı)
15:30 – İspaniya – Rumıniya
18:30 – Azərbaycan – Niderland.










































































