Sabahkı oyuna tam hazırıq.
Sportnet.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda Uelsin TNS komandası ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Serbiyalı yarımmüdafiəçi qalib gəlmək üçün əllərindən gələni edəcəklərini bildirib: "Yaxşı hazırlıq keçmişik. Plan üzrə hərəkət edəcəyik".
Qeyd edək ki, iyulun 7-də “Bank Respublika Arena”da keçiriləcək "Sabah" – TNS görüşü saat 20:00-da başlayacaq. Cavab matçı bir həftə sonra səfərdə olacaq.












































































