İspaniyanın “Atletiko” klubu argentinalı hücumçu Xulian Alvaresin "Barselona" klubuna mümkün transferi ilə bağlı sərt mövqe nümayiş etdirib.
Sportnet.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid təmsilçisinin rəhbərliyi futbolçunun transferinə yalnız müqavilədə nəzərdə tutulan 500 milyon avroluq sərbəstqalma məbləği ödənildiyi təqdirdə razılıq verə bilər. 26 yaşlı hücumçunun “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Bundan əvvəl Xulian Alvares klubunu tərk etməyə hazır olduğunu açıqlayıb.
Bildirilir ki, “Atletiko” rəhbərliyi “Barselona”nın futbolçunun ailə üzvləri ilə birbaşa danışıqlar aparmasını mövcud qaydaların pozulması kimi qiymətləndirir. Klub bu səbəbdən Kataloniya təmsilçisinə qarşı məhkəmə iddiası qaldırılması imkanını da nəzərdən keçirir.











































































