AFFA-nın yeni Texniki Direktoru bəlli olub.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Bu vəzifəyə Edmond Klaus gətirilib. O, gənclərin inkişafı, akademiya quruculuğu və idarəetməsi, təhsil və metodologiya, həmçinin skautinq sahəsində geniş təcrübəyə malikdir.
Xüsusilə Niderlandın “Ayaks” akademiyasındakı fəaliyyətinin, həmçinin Niderland və Çində müxtəlif yaş qrupları üzrə milli komandalardakı təcrübəsinin Azərbaycandakı işinə mühüm töhfə verəcəyi vurğulanıb.













































































