2026-cı il dünya çempionatının 1/16 finalında Niderland – Mərakeş matçının penaltilər seriyasında mundialın ən qəribə epizodlarından biri yaşanıb.
Sportnet.az xəbər verir ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşün taleyi 11 metrlik cərimə zərbələri seriyasında həll olunub.
Mərakeşin ikinci penalti zərbəsini Sufyan Rahimi yerinə yetirib. Niderland millisinin qapıçısı Bart Verbrüggen zərbəni uğurla dəf etsə də, top onun dabanına dəyərək yenidən qarşısına qayıdıb. Qolkiper instinktiv olaraq topu uzaqlaşdırmaq istəyərkən onu öz qapısından keçirib. Hakimlər epizodu qol kimi qeydə alıblar.
Bu dramatik hadisə penaltilər seriyasının gedişinə ciddi təsir göstərib. Nəticədə Mərakeş seriyanı 3:2 hesabı ilə qazanaraq 1/8 finala yüksəlib.
Mərakeş millisi növbəti mərhələdə Kanada yığması ilə üz-üzə gələcək.












































































