Konqo Demokratik Respublikası millisinin üzvü, DÇ-2026-da ilk turda adından söz etdirən Yoane Vissa İngiltərə “Nyukasl”ını daha güclü kluba dəyişə bilər.
Sportnet.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı vinger İspaniya “Atletiko”sunun maraq dairəsindədir.
Madrid klubu onun keçidini bu yay reallaşdırmaq istəyir. Vissanın “Nyukasl”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, Fransanın “Şatoru”, “Anje”, “Ayaçço”, “Loryen” və İngiltərənin “Brentford” klublarında çıxış edib.
Qeyd edək ki, Yoanne Vissa DÇ-2026-nın ilk turunda Portuqaliya ilə görüşdə (1:1) Konqo Demokratik Respublikası millisinin bərabərlik qolunu vurmuşdu.








































































