“Təəssüf ki, işlərimlə bağlı komandalarımızın avrokubok oyunlarını izləyə bilmədim. Qələbə münasibətilə təbrik edirəm".
Bu sözləri Sportnet.az-a açıqlamasında Samir Abasov deyib.
Mütəxəssis Azərbaycanı Avropada təmsil edən 4 kluba uğurlar arzulayıb: “Mən təmsilçilərimizə inanıram. Onların hamısı əsas mərhələyə vəsiqə qazanacaqlar”.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasında, “Qarabağ” Avropa Liqasında, “Zirə” və “Neftçi” isə Azərbaycanı Konfrans Liqasında təmsil edir.
Xatırladaq ki, hazırda işsiz olan Samir Abasov son olaraq "Neftçi"yə başçılıq edib.










































































