İyunun 15-də gənclər və idman naziri Fərid Qayıbov ilə Venesuela Bolivar Respublikasının idman üzrə xalq hakimiyyəti naziri Franklin Kardiyo arasında onlayn formatda görüş keçirilib.
Gənclər və İdman Nazirliyindən Sportnet.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında idman sahəsində əlaqələrin genişləndirilməsi, yüksək nəticəli idman sahəsində təcrübə mübadiləsi, 2028-ci ildə Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq istiqamətində texniki əməkdaşlıq imkanları və idman sahəsində Anlaşma Memorandumunun imzalanması perspektivləri müzakirə olunub. Həmçinin idmançı mübadilə proqramları, gimnastika, boks, taekvondo və güləş növləri üzrə əməkdaşlıq, eləcə də idman texnologiyaları və tətbiqi elmlər sahəsində potensial birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinezz Berroteran da iştirak edib.















































































