Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, 51 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçi yarışa Gürcüstan təmsilçisi Giorgi Narimanidze üzərində 4:2 hesablı qələbə ilə başlayıb. İ.Həsənov dörddəbir finalda Hindistan idmançısı Qovind Qovindi 10:3 hesabı ilə məğlub edib.
Yarımfinalda Rusiya təmsilçisi İslam Kuraxmayevlə qarşılaşan Azərbaycan güləşçisi 10:6 hesablı qələbə qazanaraq həlledici görüşə vəsiqə əldə edib.
İbrahim Həsənov bu gün keçiriləcək final görüşündə İran təmsilçisi Benyamin Vayvanla qızıl medal uğrunda mübarizə aparacaq. Final qarşılaşmasının saat 18:00-da başlaması nəzərdə tutulur.









































































