İngiltərənin “Arsenal” klubu Braziliya millisinin yarımmüdafiəçisi Brunu Gimarayeşin transferi ilə bağlı “Nyukasl”la razılıq əldə edib.
Sportnet.az Britaniya mətbuatına istinadən xəbər verir ki, transferin dəyəri təxminən 90 milyon avro təşkil edəcək.
Məlumata görə, 28 yaşlı futbolçu London təmsilçisi ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Tərəflər arasında 5 illik müqavilə imzalanacaq.
“Nyukasl” əvvəlcə komandanın aparıcı oyunçularından biri üçün 100 milyon avro tələb etsə də, danışıqlar zamanı tərəflər ortaq məxrəcə gələ biliblər. “Arsenal”ın 90 milyon avroluq təklifindən sonra transfer danışıqları yekun mərhələyə çatıb.
Hazırda tərəflər bonus ödənişləri və menecer haqları ilə bağlı son detalları razılaşdırırlar.











































































