Qadın voleybolçulardan ibarət “Turan” (Tovuz) komandası heyətinə yeni oyunçu cəlb edib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, Tovuz təmsilçisi Çin millisinin üzvü Yanq Hanyu Şandonqun transferini rəsmiləşdirib. Onunla 1 illik müqavilə imzalanıb.
Yanq Hanyu Şandonq 2018-ci ildə Çin milli komandasının heyətində dünya çempionatının bürünc medallarını qazanıb. O, yığma ilə başqa uğurlar da əldə edib.
















































































