Çexiya Futbol Assosiasiyası milli komandanın baş məşqçi postuna ispan mütəxəssis Santyaqo Deniyanı təyin edib.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
57 yaşlı mütəxəssis yeni vəzifəsi ilə bağlı fikirlərini bölüşüb: "Burada olduğuma görə çox şadam. Çexiya millisinin baş məşqçisi olmaq mənim üçün böyük şərəfdir və bu, məni son dərəcə motivasiya edir. Çex futbolunun zəngin tarixi var və bu komandanı çalışdırmaq böyük imtiyazdır. Çexiya Futbol Assosiasiyasının iddialı layihəsinə qoşuluram və birlikdə uğur qazanacağımıza inanıram. Yeganə arzum işə mümkün qədər tez başlamaqdır".
Qeyd edək ki, Santyaqo Deniya məşqçilik karyerasında İspaniya "Atletiko Madrid"inin sistemində çalışıb. O, daha sonra İspaniyanın yeniyetmələr, gənclər və olimpiya yığmalarına rəhbərlik edib.












































































